Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı soyqırımı təkcə ildönümü ərəfəsindəmi xatırlanmalıdır?

Xocalı soyqırımı təkcə ildönümü ərəfəsindəmi xatırlanmalıdır?


Newscenter.az.25.02.2019
. Azərbaycanla Türkiyənin soyqırım məsələsində koordinasiya olunmuş iş aparması zəruridir

Hazırda Xocalı soyqırımını Azərbaycandan başqa, soyqırım kimi tanıyan ölkələr aşağıdakılardır:
Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına daxil olan Şotlandiya.

Bundan başqa, indiyədək ABŞ-ın 22 ştatı hökumət və parlament səviyyəsində Xocalı soyqırımını rəsmən tanıyıb.

Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı da Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Siyahıya baxdıqda, soyqırım faktının dünyaya tanıdılması istiqamətində az iş görülmədiyini vurğulamaq olar. Amma bunu yetərli saymaq olarmı? Əlbəttə ki, yox!
Xocalı faciəsi təkcə ildönümü ərəfəsində xatırlanmamalıdır. İlboyu iş aparılmalıdır ki, daha geniş arenada dünya XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə duran bu soyqırımı tanısın!
Elman Babayev
Xəbəri paylaş