Newscenter.az.19.04.2019. Aprelin 29-da Bakıda “Milli Mübarizə və Qəhrəmanlıq" adlı şeir gecəsi təşkil olunacaq. Bu barədə məlumat Newscenter.az-a Bakı Yunus Emre İnstitutundan daxil olub.
Bildirilib ki, Türkiyə və Azərbaycan ədəbiyyatından "Milli Mübarizə və Qəhrəmanlıq" mövzusunda yazılmış şeirlər Bakıda fəaliyyət göstərən Türk Dünyası Bakı Atatürk Litseyi, Bakı Türk Anadolu Litseyi və Türkiyə Diyanət Vəqfi Bakı Türk Litseyinin şagirdləri tərəfindən səsləndiriləcək. Eyni zamanda litsey tələbələri tərəfindən Türk xalq rəqsləri nümayiş olunacaq və türkülər ifa ediləcək.
Tədbir 29 aprel 2019-cu il tarixində, saat 18.00-da, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Qeyd edək ki, tədbir Bakı Yunus Emre İnstitutu, Türkiyə Cümhuriyyətinin Bakıdakı Təhsil Müşavirliği, Türk Dünyası Bakı Atatürk Litseyi, Bakı Türk Anadolu Litseyi və Türkiyə Diyanət Vəqfi Bakı Türk Litseyinin birgə təşəbbüsü ilə baş tutacaq.