Newscenter.az.20.04.2019. ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin İkinci Dünya müharibəsi zamanı həlak olmuş hərbi qulluqçusu ölümündən 75 il sonra İndiana ştatında dəfn edilib.
Bu barədə "Newscenter.az" "Associated Press"-ə istinadən xəbər verir.
Sıravi Fred Frit 1943-cü ilin noyabrında 18 yaşında Qilberta (indiki Kiribati respublikası) adalarında, Betio yaxınlığında döyüş zamanı həlak olub. Onun cəsədi həmin vaxt tapılmayıb və Frit rəsmən 1949-cu ildə həlak olmuş elan edilib.
Əsgərin cəsədi yalnız 72 il sonra - 2015-ci ildə döyüşlərdə itkin düşən Amerika əsgərlərinin axtarışı ilə məşğul olan "History Flight" təşkilatının səyləri nəticəsində tapılıb. Cəsədin Fritə məxsus olmasını müəyyənləşdirmək DNT analizi nəticəsində mümkün olub.
Anar Tagiyev