Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan güclü olmağa məhkumdur

Azərbaycan güclü olmağa məhkumdur


Newscenter.az.27.04.2019.
"Biz qonşularımızı yaxşı tanımalıyıq. Azərbaycan güclü olmağa məhkumdur. Bunun başqa yolu yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Kamran Sultanlı səsləndirib. O, təəssüf hissi ilə qeyd edib ki, qonşularımızın yaddaşı bizdən itidir və güclüdür:

"Onlarla əlaqələri qorumaq öz yerində,amma daima ehtiyatı əldən verməmək lazımdır. Bizim digər bir problemimiz ondadır ki, ideologiyaları çox beynəlmiləşdiririk. Bir Britaniya liberalı üçün heç bir zaman alman, ya digəri önəmli ola bilməz. Bir Britaniya liberalı üçün ancaq öz vətandaşları, öz xalqı önəmli olar. Bizim isə sosialistimiz SSRİ xifləti çəkir, Türkçümüz Mərkəzi Asiya, Türkiyə dərdindədir. Liberalimiz Amerika, Qərb tərəfə baxır, dinçimiz İranladır. Bu ideologiyalar o zaman sağlam və təhlükəsiz olacaq ki, Azərbaycan vətandaşına, Azərbaycan xalqına, soydaşlarımıza ölkənin rifahına xidmət etmiş olsun. Bunların hamsına millilik olmalıdır".

Kamran Sultanlı deyib ki, bizdə millətçiliyi çoxu səhv başa düşür:

"Millətçiliyi ancaq irqçilikdə, etnik kimi bir şey anlayırlar. Ölkəsini sevən, onun rifahı üçün çalışan istənilən ideologiya və ya etnosdan aslı olmuyaraq millətçidir. Region sarıdan bəxtimiz gətirmiyib, ehtiyatlı olmalıyıq. Qonşularımız azdı və şovinistdi, bizi sevmir. Tarixi də unutmamaq ondan nəticə çıxarmaq lazımdır".
Xəbəri paylaş