Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alan var

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alan var


Newscenter.az.27.04.2019.
Bir qədər əvvəl Hava limanı avtomagistralında yol nəqliyyat hadisəsi baş verib.

Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 Dövlət Qeydiyyat Nişanlı avtobusa dəyib. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb.

İlkin məlumata görə hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.
Xəbəri paylaş