Newscenter.az.27.04.2019. "Dünən məcburi köçkünləri ziyarət edən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva öz səmimi davranışları ilə növbəti dəfə diqqət mərkəzinə düşdü. Erməni işğalı nəticəsində doğma ocaqlarından didərgin düşən həmvətənlərimizlə görüşən Birinci vitse-prezident qayğıya və diqqətə ehtiyacı olan insanlarla necə davranmaq lazım olduğunu nümayiş etdirdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Əlabbas Məhərrəmli səsləndirib. O, qeyd edib ki, doğrudan da, böyük rəğbət doğuran səmimi yanaşma idi:
"Mehriban xanımın məcburi köçkün soydaşlarımızla ünsiyyəti, onların dərdini dinləməsi, söhbətləşməsi çox xoş mənzərədir. Bu, insanlarda böyük ümid yaradır, onlara dəyərli olduqlarını təlqin edir. Bu mənzərəni gördükdən sonra problemi olan insanlarımızı qəbul etməkdən, onları dinləməkdən min bir bəhanə ilə yayınan, görüşəndə də vətəndaşları başından eləməyə çalışan məmurlar da xatırlanır. Sual yaranır o məmurlar dövlət başçısından, Birinci vitse-prezidentdən niyə nümunə götürüb vətəndaşlarla səmimi ola bilmirlər? Niyə onların üzləşdikləri çətinlikləri həll etmək əvəzinə, onlara əlavə problemlər yaradırlar?".
Ekspert bildirib ki, idarəetməni təkmilləşdirilməsi üçün həm də işləri ictimai narazılıq yaratmaqdan başqa bir şey olmayan o cür məmurlardan imtina olunmalıdır:
"Yoxsa həmin məmurlar prezidentin və Birinci vitse-prezidentin müsbət addımlarına kölgə salmağa davam edəcəklər".