Newscenter.az.27.04.2019. Radikal müxalifətin Azərbaycan xalqının və dövlətinin milli maraqlarına xidmət etmədiyi zaman-zaman öz təsdiqini tapıb. Onlar hazırda da öz ənənəvi amplualarından çıxış edir. Əli Kərimlinin “Azərbaycan saatı” verilişində may ayını kütləvi aksiyalar, mitinqlər ayı kimi xarakterizə etməsi də bunu təsdiqləyir. AXCP liderinin may ayının 5-də və 11-də mitinq keçirmək istədiklərini bəyan etməsinə başqa ad vermək mümkün deyil. Məqsədləri nədir? Radikallar bununla ölkəmizlə Avropa İttifaqı arasında bağlanacaq sazişə mane olmağa çalışırlar. Çünki sözügedən sazişin imzalanması radikalların məhəlli maraqlarına əsla cavab vermir.
Düzdür, Əli Kərimli-Cəmil Həsənli-Gültəkin Hacıbəyli-Arif Məmmədov "kvartet"i nəyə görə bu sazişin bağlanmasının əleyhinə olduqlarının əsl məqsədini müxtəlif gəlişigözəl sözlərlə, insan hüquqları və Qarabağ məsələsini əllərində bayraq edərək ritorik gəzişmələrlə ört-basdır etməyə çalışırlar. Amma həqiqət ortadadır. Müxalifətçilər yaxşı danışırlar. Amma yaxşı danışmaq hələ yaxşı siyasətçi olmaq, əsl vətənpərvər olmaq demək deyil.
Yüksək bəlağət və fəsahətlə danışan və tez-tez Azərbaycanın maraqlarından dəm vuran hörmətli müxaliflərimiz sözdən əmələ keçəndə isə tamamilə başqa mövqedə olurlar. Şəxsi maraqlar, firqə maraqları Azərbaycanın maraqlarından önə keçir.Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanması radikal müxalifətin siyasi "offsayd"da qalması ilə nəticələnə bilər. Məhz buna görə onlar son günlər özlərinə əl qatıblar. Mitinq keçirmək istəkləri də bununla bağlıdır.
Yeri gəlmişkən, bütün bunlar həm də radikalların nə qədər “qərbyönümlü” olmaqlarını ortaya qoyur. Dünənə kimi irili-xırdalı bütün mitinqlərinə Avropa İttifaqının bayraqları ilə çıxan "milli demokratlarımız", indi də ölkəmizlə Avropa İttifaqı arasında sazişin imzalanmasına sevinmək və dəstək vermək əvəzinə, əksinə, buna mane olmağa çalışırlar. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanması radikal müxalifətin siyasi "offsayd"da qalması ilə nəticələnə bilər. Məhz buna görə də, onlar son günlər ciddən özlərinə əl qatıblar. Mitinq keçirmək istəkləri də elə bununla bağlıdır. Yönümü bəlli olmayan müxalifətin mitinqləri də çarəsizlərin sonuncu sığınacağından başqa bir şey deyil.
Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri