Newscenter.az.27.04.2019. 2-4 may tarixlərində Bakıda “Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək.
Newscenter.az xəbər verir ki, simpozium Azərbaycan Türkiyə Evi, Azəri-Türk Qadınlar Birliyi və Yeniçağ.Az Media Qrupunun təşkilatçılığı, Tika Bakü, Tuib.az və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutacaq. Tədbirdə İraq, Türkiyə və Azərbaycandan olan dəyərli elm adamları və ictimai-siyasi xadimlər iştirak edəcək.
Simpozium çərçivəsində mayın 3-də dəyərli sənətçilərin iştirakı ilə “Kərkük gecəsi-Türklük Şöləni” təşkil olunacaq.