Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" oğurluq edir?

"Azəriqaz" oğurluq edir?


Newscenter.az.1.05.2019. "Cənab Prezident "Azəriqaz"ı tənqid etdi. Onları özlərindən qaydalar müəyyən etməkdə suçladı. Tam doğru".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmməıdov çıxış edib. O, bildirib ki, "Azəriqaz" bütün qaydaları kobud surətdə pozaraq smart sayğaclarda limiti qaza yox depozitə qoyulan pula tətbiq edir:

"Nəticədə yüz minlərlə insanın cibinə girirlər. "Azərişıq" limiti işlənən enerjiyə tətbiq etdiyi halda "Azəriqaz" öz anbarında olan qaza görə əhaliyə limit qoyur. Halbuki mən ödənişi sayğacımdan keçən qaza etməliyəm. Verdiyim pullar isə sadəcə depozitdir. Bu tər-təmiz oğurluqdur. Bu oğurluğa tezliklə son qoyulmalıdır".
Xəbəri paylaş