Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Kənd təsərrüfatında mikrobioloji texnologiyanın tətbiqi” mövzusunda elmi seminar kecirilib

“Kənd təsərrüfatında mikrobioloji texnologiyanın tətbiqi” mövzusunda elmi seminar kecirilib


Newscenter.az.1.05.2019. Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Kənd təsərrüfatında mikrobioloji texnologiyanın tətbiqi” mövzusunda elmi seminar kecirilib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, seminarı giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov bildirib ki, mikrobioloji məhsullar dünya üzrə kənd təsərrüfatı sənayesinin təxminən üçdə ikisini təşkil edir. Dünyada bioloji məhsulların illik satışı təxminən 2,3 milyard ABŞ dolları təşkil etməklə son bir neçə ildə ikiqat satış artımı nümayiş etdirməkdədir.

Tədbirdə kənd təsərrüfatında mikroorqanizmlərin rolu, bu sahədə dünyadakı elmi yeniliklər və Azərbaycanda mikrobioloji texnologiya üzrə ətraflı məlumat verilib. Bildirilib ki, mikroorqanizmlər adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan mikroskopik canlı orqanizmlərdir. Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalar, göbələklər, yosunlar və ibtidailər daxildir. Qeyd olunub ki, bəzi mikrobioloq alimlər bu sıraya virusları da əlavə edirlər. Mikroblar adətən təkhüceyrəli, bəzən çoxhüceyrəli (hüceyrə koloniyaları), yaxud hüceyrəvi quruluşa malik olmayan orqanizmlərdir. Ümumilikdə, biodövriyyədə müsbət rol oynasalar da bəzən onlar insan və canlılarda xəstəlik törədicisi kimi çıxış edir.

Bildirilib ki, kənd təsərrüfatında mikroorqanizmlərin fitostimulyasiya, biokontrol agentləri, bioloji bərpa, biogübrə kimi rolu böyükdür. Həmçinin, qeyd olunb ki, azot tərkibli biogübrələr bitkinin inkişafını və çiçəkləməsini gücləndirir. Yüksək duzluluğa qarşı tolerantdır. Trikalsium fosfatları qismən həll edir və buna görə bitkilər üçün fosforu udub həll etmək prosesini asanlaşdırır. Tətbiq olunan azot gübrəsinin effektivliyini artırmaq üçün digər bitkilərin kök zonalarının ətrafında faydalı maddələrin parçalanma fəaliyyətini artırır, atmosfer azotunu nitrata çevirir, torpağı daha məhsuldar hala gətirir, kimyəvi gübrələrin istifadəsini 20%-dək azaldır, məhsuldarlığı 15-25% artırır.

Elmi seminarda fermerlərin sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.
Orxan
Xəbəri paylaş