Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metropolitendə 9 may -Qələbə Günü ilə bağlı sərgi təşkil olunacaq

 Metropolitendə  9 may -Qələbə Günü ilə bağlı sərgi təşkil olunacaq

Newscenter.az.6.05.2019. “Bakı Metropoliteni” QSC “MetroGallery ” layihəsi çərçivəsində daha bir layihə həyata keçirəcək. Qurumun mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, “Bakı Metropoliteni” QSC “Bakcell” şirkətinin dəstəyi ilə “Gənclik” stansiyasının keçidlərində 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi təşkil edəcək. Sərginin açılışı may ayının 7-də saat 11:00-da olacaq.

Tədbirdə “Bakı Metropoliteni” QSC-nin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və “Bakcell”in rəsmi nümayəndələri, həmçinin Böyük Vətən müharibəsi cəbhələrində döyüşmüş veteranlarımız da iştirak edəcək.

Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr - azərbaycanlı veteranlarımızın fotolarından ibarət tablolar nümayiş olunacaq.

Bununla yanaşı, Böyük Vətən müharibəsində Azərbaycanın rolu barədə maraqlı, diqqətçəkən məlumatların verildiyi stendlər də sərgilənəcək.
Anar
Xəbəri paylaş