Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın iştirakı olmadan Qarabağ danışıqlarının diplomatik həlli mümkündür

Rusiyanın iştirakı olmadan Qarabağ danışıqlarının diplomatik həlli mümkündür


Newscenter.az.7.05.2019
. “Ermənistan rəhbərliyi ötən il Düşənbədə əldə olunmuş şifahi razılaşmaya əməl etmir, danışıqlar prosesində qeyri-konusturuktiv mövqe tutur. Ona görə də rəsmi Bakı Düşənbədə əldə olunan şifahi razılaşmada maraqlı olmamalıdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Düşənbə razılaşması görünür, Paşinyana seçki ərəfəsində daxili siyasi stabilliyə nail olmaq üçün lazım olub:” Erməni baş nazir Nikol Paşinyan Moskva ilə sövdələşərək əsasən, Kremlin irəli sürdüyü həll formullarını dəstəkləyəcək. İlk əvvəldən Paşinyan Moskvanın münaqişənin həllində moderatorluğunu qəbul etmirdi, bunu özünə təsir kimi qiymətləndirirdi. Sonradan Moskvanın təzyiqləri fonunda geri çəkildi”.

Politoloq hesab edir ki, Vaşinqtonda keçiriləcək növbəti danışıqlar prosesi əsasən, Azərbaycanın siyasi mraqlarına cavab verir:
Rusiyanın iştirakı olmadan Qarabağ danışıqlarının diplomatik həlli mümkündür

“Ermənistan rəhbərliyi Vaşinqton görüşünə Moskvanın təlimatı ilə qatılacaq və istənilən həll variantını qəbul etməyəcək. Absurd şəkildə qondarma separatçıların danışıqlarda tərəf kimi iştirakını irəli sürəcək. Təbii ki, bu təklif Vaşinqton görüşünün iflası ilə nəticələnəcək. Amma, ABŞ bir daha şahid olacaq ki, Ermənistanda inqilab olmasına baxmayaraq proseslərdə heç bir irəliləyiş yoxdur və Paşinyan Rusiyanın vassalığını qəbul edib. Rusiya hazırda Lavrov planını irəli sürməklə əsasən görüntü yaradır və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı deyil. Qeyd edim ki, Rusiyanın iştirakı olmadan Qarabağ danışıqlarının diplomatik həlli mümkündür. Prosesdə Rusiya olduğu üçün davam edən diplomatik danışıqlardan müsbət nəticə gözlənilmir. Bu proses regionda silahlanmaya və müharibə variantının gündəmdə qalmasına xidmət edir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Minsk qrupu üzvləri arasında həll variantları üzrə konsensus yoxdur:

“Moskva və Vaşinqton ayrı-ayrı həll variantlarına malikdir. Ona görə də Minsk formatının Qarabağ konfliktinin həllində fəaliyyəti müsbət dinamika yaratmır. Azərbaycan hazırkı şərtlər daxilində yalnız güc tətəbiqinə üstünlük verməklə, cəbhə bölgəsində lokal şəkildə irəliləməlidir”.
Xəbəri paylaş