Newscenter.az.29.05.2019. Mayın 29-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 261342 fermer qeydiyyatdan keçib.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, fermerlərdən 189.098 nəfər EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı/Şəhadətnamə əsasında rəsmiləşdiriblər. 51820 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 4505 fermer icarə sənədi, 2385 fermer etibarnamə, 533 fermer vərəsəlik şəhadətnaməsi, 179 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 87,86 faizi, yaxud 14390 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Xaçmazda 10219, Şəkidə 9657, Cəlilabadda 9356, Saatlıda 8634, Qubada 8597, Bərdədə 8383, İmişlidə 8294 fermer EKTİS-də qeydiyyat prosedurunu tamamlayıb.
Orxan