Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib

Energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib


Newscenter.az.8.06.2019. Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Newscenter.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Energetika Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndiirlməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrasına dair müzakirələr aparılıb.

Bu Sərəncamın energetika sektorunun hərtərəfli və müasir tələblərə uyğun inkişafı üçün zəmin yaratdığını deyən Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu sahədə islahatların aparılması üçüntəkliflərin verilməsinin Energetika Nazirliyinə həvalə edilməsi ilə naziriliyin üzərinə böyük məsuliyyət düşür:“Sərəncamda elektroenergetika, bərpa olunan enerji, qaz, istilik təchizatı sahələri, səmərəlilik, o cümlədən, “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” və müvafiq qanun layihələri üzrə təkliflərin hazırlanması üçün konkret müddətlər nəzərdə tutulub. Beynəlxalq təcrübə nəzərə alınmaqla bu işlərin vaxtında yerinə yetirilməsi üçün bütün istiqamətlər üzrə qısa müddətdə işçi qrupları yaradılmalı, konkret vəzifələr müəyyənləşidirlməli və Tədbirlər Planı qəbul edilməlidir”, deyə nazir Pərviz Şahbazov əlavə edib.

İclasda Sərəncamdan irəli gələn vəzifələr üzrə kollegiya üzvlərinin təklifləri dinlənilib, nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Yekunda“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələn tapşırıqların icrasına dair Tədbirlər Planınınhazırlanmasına və işçi qruplarının yaradılmasına qərar verilib.
Xəbəri paylaş