Newscenter.az.8.06.2019. 6-8 iyun 2019-cu il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.
Newscenter.az-a nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səylərinin, qarşılıqlı səfərlərinin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğu, siyasi əlaqələrin yüksək səviyyəsinın iqtisadi-ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar açdığı vurğulanıb, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycanın iştirakı və Forumun iqtisadi əlaqələrin inkişafında əhəmiyyəti qeyd edilib.
Tərəflər regionlararası əlaqələr, həyata keçirilən birgə layihələr, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf ertdirilməsi, sənaye, vaqon istehsalı, tranzit-logistika, aqrar, kənd təsərrüfatı məhsullarının emalı, kənd təsərrüfatı texnikasının istehsalı və s. sahələrdə birgə müəssisələrin yaradılmasını müzakirə ediblər.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının ikitərəfli əməkdaşlığın inkişafında rolu qeyd edilib, Komissiyanın növbəti iclasının bu ilin payızında keçirilməsi, iclasda müzakirə olunacaq məsələlər barədə fikir mübadiləsi aparılıb.