Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya Xidmətinin rəisi Venesuela Bolivar səfiri ilə görüşüb

Miqrasiya Xidmətinin rəisi Venesuela Bolivar səfiri ilə görüşüb


Newscenter.az.10.06.2019. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Martines Berroteran ilə görüşüb.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, Vüsal Hüseynov Azərbaycanla Venesuelanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu, hər iki ölkə prezidentinin görüşlərinin dövlətlər arasında əməkdaşlığa böyük töhfə verdiyini söyləyib. Vüsal Hüseynov sosial, iqtisadi, enerji, mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu, xüsusilə turizm baxımından münasibətlərin genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən cənab Kristofer Berroteran Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib. Səfir Azərbaycan ilə turizm əlaqələrinin gücləndirilməsində, həmçinin ölkəmizdə çalışan Venesuela Bolivar Respublikası vətəndaşlarının miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyət göstərmələrində marağlı olduğunu bildirib.

Görüşdə Azərbaycanla Venesuela arasında miqrasiya sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub.
Xəbəri paylaş