Newscenter.az.10.06.2019. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyunun 12-də saat 11.00-da sahibkarlar üçün kommunal xidmətlərə qoşulma prosedurlarına dair onlayn maarifləndirici tədbir keçiriləcək.
Newscenter.az-a İqtisadiyyat Nazirliyindən bildirilib ki, onlayn tədbirdə “Azərişıq”, “Azərsu”, “Azərenerji” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri kommunal xidmətlərə qoşulma sahəsində qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verəcək, bu xidmətlərə qoşulma prosedurları barədə sahibkarların suallarını cavablandıracaqlar.
Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompyuter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 595106533): - Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/595106533 linkinə daxil olmaqla;
- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.
Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.
Tədbirə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət etmək olar (055 525 30 30, Adil Əhmədov).