Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Enerji Xartiyası Forumunda Azərbaycan da təmsil olunacaq

Beynəlxalq Enerji Xartiyası Forumunda Azərbaycan da təmsil olunacaq


Newscenter.az.11.06.2019. 13 iyun tarixində Albaniyada Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

Newscenter.az-a Energetika Nazirliyindən verilən məlumata görə, forumda Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edəcək. Nazir müavininin “Enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il ölkəmiz Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub.2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.
Xəbəri paylaş