Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respublika üzrə tədarük olunan yaş baramanın həcmi 628,57 tona çatıb



Newscenter.az.25.06.2019. İyunun 25-dək respublika üzrə tədarük olunan yaş baramanın həcmi 628,57 tona çatıb. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin yekun göstəricisindən 114,57 ton artıqdır. Bu il ən çox yaş barama Zərdab (65,32 ton), Ağcabədi (54,46 ton) Zaqatala (52,87 ton), Füzuli (49,6 ton), Şəki (46,56 ton), Balakən (44,14 ton), Bərdə (36,57 ton), Qax (27,08 ton), Kürdəmir (22,61 ton) kümçüləri tərəfindən tədarük olunub. Respublikanın 38 rayonunda barama tədarükü davam edir.

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Orxan
Xəbəri paylaş