Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Onun səfərləri siyasətimizə yeni töhfələr verir

Onun səfərləri siyasətimizə yeni töhfələr verir


Azərbaycan və Albaniya yaxın dost ölkələrdir. Albaniya Azərbaycanın
• dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir və həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.Tərəflər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq son illərdə yüksələrək yaxın tərəfdaşlığa çevrilib.
• 2022-ci ilin noyabrında Prezident İlham Əliyevin Albaniya Respublikasına səfəri münasibətlərin daha da inkişafına töhfə verib.
• Hər iki ölkə bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə maraq göstərir, o cümlədən humanitar-mədəni əlaqələrin irəliyə aparılmasında davamlı addımlar atılır.
• Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA təşkilatının rəhbəri Leyla Əliyevanın Albaniya Respublikasında səfəri və Baş nazir Edi Rama ilə görüşü səmimi dostluq və qarşılıqlı anlaşmanın, humanitar diplomatiyanın bariz nümunəsi hesab edilə bilər.
• Eləcə də Leyla xanımın Albaniya Respublikasının Prezidenti Bayram Beqay tərəfindən qəbul edilməsi Azərbaycan dövlətinə və Ona olan böyük etimadın ali təzahürdür.
• Səfər zamanı mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı Azərbaycanın mədəniyyət diplomatiyasının sərhədləri aşmasının mükəmməl bir nümunəsi sayıla bilər. Leyla xanımın vurğuladığı kimi ölkələrimiz müasir dünyada böyük ehtiyac duyulan humanizm, xeyirxahlıq, ləyaqət və qarşılıqlı hörmət kimi ali dəyərləri paylaşır.
• Leyla xanımın bəşəriyyətin təbiətə vurduğu zərərdən söz açaraq dərin narahatlığını bəyan etməsi Onun təkcə Azərbaycan təbiətinin deyil, bütün ölkələrin ekologiyasına həssas münasibətinin və qayğısının, təbiətin mühafizəsində yorulmaz əməyinin təcəssümüdür.
• Leyla xanımın səfər zamanı Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib ki, bu onun uşaq sağlamlığına həssaslıqla yanaşmasını, şəfqətli qəlbinin genişliyini nümayiş etdirir.
• Bu, Leyla Əliyevanın Azərbaycanın xoşməramlı humanitar missiyasının nümunəvi təmsilçisi kimi xarici ölkələrdə və ən mötəbər platformalarda fəal iş qurduğunu, misilsiz fəaliyyətini əks etdirir.
• Onun çıxışlarından da göründüyü kimi Azərbaycan bütün qitələrdə incəsənətin, elmin, səhiyyənin, humanitar inkişafına xüsusi önəm verir, Heydər Əliyev Fondu bu layihələrdə əvəzsiz töhfələri ilə seçilir.
• Hər kəs inanır ki, Leyla xanım xeyirxah və vətənpərvər bir insan, Heydər Əliyev Fondunun vitse-prezidenti kimi bundan sonra da Azərbaycanda və onun hüdudlarından kənarda daha yeni təşəbbüslərlə çıxış edəcək, yeni-yeni layihələr həyata keçirəcək.
• Beləliklə, Leyla Əliyevanın Albaniya Respublikasına səfəri hər iki dövlətin mədəni-humanitar münasibətlərinin inkişaf etdirilməsi istiqamətində mühüm töhfə verən hadisə kimi dəyərləndirilə bilər.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş