Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədov böyük təcrübəyə malikdir



Newscenter.az.28.06.2019. “Bir diaspor təşkilatının qanadı altında müxtəlif baxışları olan insanları toplamaq asan deyil. Lakin Fizuli Məmmədov bu məsələdə böyük təcrübəyə malikdir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri jurnalist, siyasi ekspert Mehman Qafarlı səsləndirib. O, qeyd edib ki, ictimai xadim, siyasətçi və xeyriyyəçi Füzuli Məmmədovun uzun illərdir yaratmış olduğu Dünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu bu istiqamətdə uğurlu fəaliyyət göstərir.

Mehman Qafarlının sözlərinə görə, Füzuli Məmmədov 1988-ci ildə Rusiyada azərbaycanlılarının ilk ictimai təşkilatını yaradıb və bütün bunlar onu deməyə əsas verir ki, Füzuli Məmmədovun rəhbərliyi altında Rusiya Azərbaycanlıları İttifaqı yalnız müvəffəqiyyət gözləyir:

“Rusiya Azərbaycanlıları İttifaqının yaranmasının iki ayı tamam olur. Bununla bağlı bütün komandanı və şəxsən Rusiya Azərbaycanlıları İttifaqının sədri Füzuli Məmmədovu səmimi qəlbdən təbrik edirəm.
Xəbəri paylaş