Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlkin mərhələdə təxliyyə işlərinin aparılacağı ərazilər müəyyən edilib



Newscenter.az.28.06.2019. Əvvəlcədən məlumat verildiyi kimi yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq.

Newscenter.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanlar müəyyənləşdirilib. Bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.

Anar
Xəbəri paylaş