Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçiriləcək



Newscenter.az.28.06.2019
. İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək. Newscenter.az-a təhsil ocağından bildirilib ki, simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıdılmasıdır.

Məlumat üçün bildirək ki, “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpozium ulu öndər Heydər Əliyevin 22 fevral 1998-ci il 755 nömrəli Sərəncamına əsasən, 9-11 dekabr 1998-ci il tarixdə keçirilib.

İki gün davam edəcək Beynəlxalq Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək. Tədbirdə 100-dən çox məruzəçinin məruzələri 11 paneldə çıxış edəcəklər.

Konfransın materialları kitab şəklində çap olunacaq.
Xəbəri paylaş