Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə süni gündəm yaratmaq lazım deyil



Newscenter.az.3.07.2019. Parlamentin iyulda toplanması xəbəri nədən müxalifəti bu qədər narahat etdi və parlamentin buraxılması xəbərinin həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək cəhdi müxalifətə nə verəcək? Dünən gündəmi zəbt edən əsas məsələ Milli Məclisin iyulun 9-u, 12-si tarixlərində keçiriləcək iclasında Azərbaycan parlamentinin özünü buraxacağı və bundan sonra yeni seçkilərin keçiriləcəyinin ehtimal edilməsi oldu. Bəri başdan qeyd edim ki, bu cür əsassız fikri ortaya atıb süni ajiotaj yaradanlar da məhz müxalifətçilər idi.

Jurnalist Sevinc Osmanqızı isə hətta bir qədər də irəli gedərək öz kanalında "Parlamentin buraxılması xəbəri həqiqətə uyğundurmu? Hökumətin planı nədir?" mövzusunda isti-isti müzakirə də açdı. Onun canlı yayımda müzakirəyə dəvət etdiyi şəxslər isə hamısı super "peşəkar" seçki "mütəxəssis"ləri və siyasi "ekspert"lər idi. Təsəvvür edirsinizmi, bu qədər mühüm bir mövzunu RATİ-dan Emin Hüseynov, "Milli Şura"dan Gültəkin Hacıbəyli və "siyasi fəal" Orduxan Teymurxan kimi şəxslər müzakirə edirdi. Sevinc Osmanqızına afərin, "əla" kontingent toplamışdı. Ümumiyyətlə, S.Osmanqızı öz rolunu əla oynayır.

Nəlbəkidə "fırtına" qoparmaq onda əla alınır. Amma həm S.Osmanqızı, həm də onun sevimli "ekspert"ləri eşitsinlər və bilsinlər ki, parlamentin buraxılması xəbəri həqiqətə uyğun deyil. Narahat olmasınlar, əbəs yerə təlaşlanmasınlar. Parlamentin gözlənilən iclasında MM-nin özünü buraxması barədə heç bir qərar qəbul edilməyəcək. Zatən, qanunvericilikdə də belə bir müddəa yoxdur. Parlament seçkiləri qanunda nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin noyabrında keçiriləcək. Ölkədə süni gündəm yaratmaq lazım deyil. Fürsətçilər xam xəyallarla yaşamasınlar. Parlamentin buraxılması xəbərinin həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək cəhdləri onsuz da müxalifətə heç nə qazandırmayacaq.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş