Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

smayıllıda sahibkarlara güzəştli kredit verilib



Newscenter.az.9.07.2019. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

Newscenter.az-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə növbəti işgüzar forum iyulun 9-da İsmayıllıda keçirilib. İşgüzar forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, arıçılıq, intensiv bağçılıq və bitkiçilik təsərrüfatlarının, ət kəsimi və satışı məntəqəsinin, süd emalı müəssisəsinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında Azərbaycan Rrspublikası Prezidentinin sosial-iqtisadi siyasətinə uyğun olaraq, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 545 sahibkarın ümumi dəyəri 182 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 50,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-dək iş yerinin yaradılmasına imkan verir. İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 476 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcəkdir.

Bu kreditlərin reallaşdırılması hesabına 30-dan çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə isə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1969 investisiya layihəsinin maliyyələşdirilməsinə 73,4 milyon manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində İsmayıllıda güzəştli kredit ayrılmış müalicə-turizm kompleksində aparılan işlərə və heyvandarlıq kompleksinə baxış keçirilib.
Xəbəri paylaş