Newscenter.az.30.07.2019. İnsan alveri dünyanın hər bir yerinə mənfi təsir edən dəhşətli cinayətdir. BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) məlumatına görə, qeydə alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı isə 2004-cü ildən 2016-cı ilə qədər iki dəfədən çox artıb.
Newscenter.az xəbər verir ki, bu fikirlər BMT-nin baş katibi Antonio Quterreşin Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Gününə həsr olunmuş müraciətində əksini tapıb. Təşkilatın baş katibi qeyd edib ki, qeydə alınmış qurbanların əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə cəlb olunur.