Newscenter.az.2.08.2019. Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa cağırır.
Bu barədə məlumat Newscenter.az-a AZTA-dan daxil olub. AZTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə görə, son zamanlar assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır.
“Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də, sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistləri şirkət seçərək daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyyə edirik”.
Azad