Newscenter.az.2.09.2019. "Space” televiziyasının baş operatoru Vüqar Məmmədov istefa verib.
AFN BakuPost-a istinadən xəbər verir ki, buna səbəb əmək haqlarının gecikməsi və rəhbər- işçi münasibətlərində yaranmış gərginlik olub.
Baş operator özünün sosial şəbəkələrdəki hesabında bildirib ki, 17 illik işindən ayrılmasına məcbur qalıb: “17 ildən sonra öz istəyimlə Spase TV-dən məcbur olaraq ayrıldım. Ümid edirəm ki, tezliklə “Space” öz əvvəlki əzəmətini, hörmətini və köhnə işçilərini geri qaytarar”.
“Tərəqqi” medallı Vüqar Məmmədov öz sahəsində kifayət qədər peşəkar kadr kimi tanınır.
Qeyd edək ki, bu kanaldan ilk istefa faktı deyil. Bir neçə ildir ki, Space kanalı maaşların verilməməsi, televiziya daxilində problemlərlə gündəmdədir. Bu isə bir çox tanınmış jurnalistin və texniki işçinin televiziyadan getməsilə nəticələnib.