Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Süddən "quş qripi" virusu aşkar edildi

Süddən "quş qripi" virusu aşkar edildi


Birləşmiş Ştatlarda istehsal edilən süddə "quş qripi" aşkarlanıb.

Newscenter.az xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi bu barədə məlumat verib. Bildirilib ki, ölkədə “quş qripi izlərinin yoxlanılan hər 5 ticari süddən birində aşkar edilib.

Açıqlamada, nəticələrə baxmayaraq, ticari südün təhlükəli olduğuna və ya canlı virus ehtiva etdiyinə dair heç bir sübut olmadığı, lakin əlavə testlərin aparılması lazım olduğu bildirilib.

Digər tərəfdən ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA), pasterizasiya prosesi və xəstə inəklərdən südün məhv edilməsi sayəsində ticari süd tədarükünün təhlükəsiz qaldığını iddia edib.

Natiq Orucov
Xəbəri paylaş