Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin tapşırığı ilə birinci vitse-prezident Şamaxıya səfər edib



Newscenter.az.14.09.2019. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonunda səfərdə olub.

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra Mehriban Əliyeva Şamaxı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

XXX

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

"Report" xəbər verir ki, burada rayon sakinləri ilə görüşən Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Salam, xoş gördük. Şamaxı rayonunda olmaqdan, sizi görməkdən çox şadam.

Birinci vitse-prezident Şamaxıya bu dəfə Prezident İlham Əliyevin tapşırığı ilə səfər etdiyini vurğulayaraq bildirdi:

- Bilirsiniz ki, cənab Prezident zəlzələdən dərhal sonra - fevralın 7-də Şamaxıya səfər etdi, vəziyyətlə tanış oldu, lazımi göstərişlər verdi və maliyyə vəsaiti ayrıldı. Mən indi görürəm ki, işlər yaxşı gedir. Üç rayon üzrə təxminən 547 fərdi ev tam yararsız vəziyyətdə idi. Onların yarısından çoxu artıq inşa olunub və insanların istifadəsinə verilib. Bərpa işləri gedir. Ümidvaram ki, dövlət bu təbii fəlakətin nəticələrini qısa zamanda tamamilə aradan qaldıracaq. Heydər Əliyev Fondu da bu işlərdə iştirak edir. Hər üç rayonda - Şamaxı, Ağsu və İsmayıllıda əhalinin xahişi nəzərə alınaraq yeni məktəblər tikilib, tibb məntəqələrində təmir işləri aparılıb. Mən sizinlə görüşməyə çox şadam.

Sakinlər: Çox gözəl. Biz də Sizin gəlişinizə çox şadıq.

Mehriban Əliyeva: Sizi salamlayıram və cənab Prezidentin də böyük salamlarını sizə çatdırıram.

Sakinlər: Çox sağ olsun. Bizim də salamlarımızı cənab Prezidentə çatdırın.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən bəri respublikamızın regionlarının inkişafı üçün kompleks tədbirlərin həyata keçirildiyini və Şamaxı rayonunda da bu istiqamətdə silsilə tədbirlərin uğurla reallaşdırıldığını vurğuladı. O, Azərbaycanda dövlət siyasətinin sosial yönümlü olduğunu və bu çərçivədə abadlıq işlərinin aparılmasının, təhsil müəssislərinin, uşaq bağçalarının və səhiyyə obyektlərinin inşası və yenidən qurulmasının da başlıca hədəflərdən biri olduğunu bildirdi. Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonunun da inkişafının daim diqqət mərkəzində saxlanacağını dedi və rayon sakinlərinə uğurlar arzuladı.

Şamaxılılar ümumi amallar naminə bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğuladılar, Prezident İlham Əliyevə xüsusi salamlarının çatdırılmasını xahiş etdilər.
Xəbəri paylaş