Newscenter.az.16.09.2019. Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir.
"Report" xəbər verir ki, iclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti, Türkiyə tərəfdən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik edirlər.
Əvvəlcə N.Məmmədov və F.Oktayın təkbətək görüşü olub.
Sonra iclas işini nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirib.
İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edirlər.
Görüşdə hər iki ölkənin iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi əməkdaşlığın davamlılığının təmin olunması ilə bağlı məsələlər müzakirə olunur.