Newscenter.az.18.09.2019. Quba rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə qurumun Şimal Regional İdarəsinin Sumqayıt bölməsinin əməkdaşlarının yüksək gərginlikli elektrik xətlərinə baxış keçirməyə gedərkən qeydə alınıb.
Belə ki, UAZ markalı avtomobil Söhüb kəndi ərazisində yamacdaykən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.
Nəticədə avtomobildə olan Namik Rüstəmov və Zahid Qurbanov hadisə yerində ölüb, sürücü İlkin adlı şəxs və avtomobildə olan Saleh adlı digər şəxs isə yaralanıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.