Müdafiə naziri hərbi təlimlərlə bağlı müşavirə keçirdi
Tarix: 19-09-2019, 11:30
Newscenter.az.19.09.2019. Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərin mərhələlər üzrə epizodları çətin dağlıq relyefli ərazinin maketi üzərində işlənilib.