Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb

Ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb


Newscenter.az.19.09.2019. "Son 11 ildə ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb. 1999-cu ildə kəşf, 2006-cı ildən istismar edilən, dəniz akvatroiyalarında ən böyük qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinəticəsində enerji müstəqilliyini tam təmin etmiş Azərbaycan həm də qlobal miqyaslı nəhəng qaz layihələrinin təşəbbüskarına və aparıcı qüvvəsinə çevrilib”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev qeyd edib ki, ötən il Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi meqa-layihəsinin 4 seqmentindən 3-nü uğurla başa vurduq: “Artıq “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəql edilməsinə tam hazırıq. Dəhlizin sonuncu qeqmenti olan TAP kəmərinin tikintisi üzrə işlər də sona çatmaqdadır. SOCAR eyni zamanda həm Azərbaycanın, həm də qonşu Gürcüstanın əsas qaz operatorudur. Bu gün ölkəmizdə qazlaşdırma səviyyəsi 96 faizə yaxındır. Qaz tədarükü və qazlaşdırma sahəsində qazandığımız zəngin təcrübə bu yaxınlarda Türkiyədə satın aldığımız qazpaylaşdırıcı şəbəkənin də səmərəli idarə olunacağına əminlik yaradır”.

Zaur
Xəbəri paylaş