Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri saziş idi



Newscenter.az.19.09.2019. 1994-cü ildə regionda davam edən gərgin və mürəkkəb siyasi proseslər şəraitində müstəqil Azərbaycan dövlətinin memarı, Ümummill lider Heydər Əliyev həmin dövrdə böyük qətiyyət və əzmkarlıqla dünyanın ən nəhəng neft sazişlərindən birini imzalanmasına nail oldu. Əsrin mübarizəsindən zəfərlə çıxan Heydər Əliyev1994-cü ili sentyabrın 20-də yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”ni imzalanmaqla müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası və doktrinasının əsasını qoydu. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri saziş idi.

Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.

Ulu öndər “Əsrin müqaviləsi”nin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirirdi: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
“Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Ulu Öndər bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Azərbaycanın enerji siyasətini uğurla davam etdirərək Bakı-Tbilisi-Ceyhanın davamı olan Bakı-Tbilisi- Ərzurum qaz kəməri, TANAP, TAP kimi nəhəng layihələrin gerçəkləşməsinə nail olubdur.

Azərbaycan Prezidentinin yürütdüyü praqmatik və əzmkar siyasət Xəzərdə əməkdaşlığın yeni formatı yaranıbdır. Xəzər dənizi artıq Qafqaz, Mərkəzi Asiya və Uzaq Asiya, Avropa regionunu əhatə edən böyük bir Azərbaycan Prezidentinin yürütdüyü praqmatik və əzmkar siyasət Xəzərdə əməkdaşlığın yeni formatı yaranıbdır. Xəzər dənizi artıq Qafqaz, Mərkəzi Asiya və Uzaq Asiya Avropa regionunu əhatə edən böyük bir coğrafi ərazinin enerji şəbəkəsidir. Azərbaycanın təşəbbüsü və siyasi iradəsi sayəsində bu gün enerji mənbələri bölgədə və dünyada geniş əməkdaşlıq, təhlükəsizlik amilinə çevrilibdir.

Azərbaycan özünün mükəmməl enerji diplomatiyası ilə bütün dünya ölkələrini birləşdirməyə nail olmaqda, regionun və bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycan tərəfdaş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu enerji və neft diplomatiyası Azərbaycanın davamlı uğurlarını təmin etməkdədir. Bu gün hər bir uğurumuzun altında Onun imzası vardır.

Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş