Newscenter.az.20.09.2019. Daşkənddə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzv ölkələri enerji nazirlərinin birinci görüşündə Azərbaycanı energetika nazirinin müavini Samir Vəliyev təmsil edib.
Newscenter.az xəbər verir ki, nazirlərin görüşündə “CAREC Enerji Strategiyası 2030” adlı sənədin hazırlanması və reallaşdırılması üzrə əməkdaşlığı nəzərdə tutan Birgə Bəyannamə imzalanıb.
Samir Vəliyev həmçinin “Enerji Sərmayə Forumu”ndada iştirak edib. “Qlobal enerji keçidi: Regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” və “Enerji sektorunda islahatlar investisiyanı sürətləndirən vasitədir” mövzularında müzakirələrə qatılıb.
Nazir müavini enerji transformasiyası prosesində mühüm rol oynayan bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Neft-qaz ölkəsi Azərbaycanınekoloji cəhətdən təmiz texnologiyaların imkanlarından və bərpa olunan enerjidən daha çox istifadədə, enerji resurslarına qənaətdə maraqlı olduğunu bildirib. Ölkəmizdə bu prosesin sürətləndirilməsi və energetika sahəsində özəl sektorun iştirakının təmin edilməsi üçün kompleks islahatlara başlanıldığını diqqətə çatdırıb. Samir Vəliyev deyib ki,Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır.Bunu neft-qaz sektorunda25 illik əməkdaşlığın uğurları və indiyə kimi bu sahəyə 100 milyard ABŞ dollarından çox investisiyasının yatırılması da təsdiqləyir:“Hazırda beynəlxalq təcrübəni öyrənməklə çalışırıq ki, Azərbaycanda bərpa olunan enerji sahəsi də investorlar üçün əlverişli olsun və ekoloji cəhətdən təmiz enerji, daha səmərəli idarəetmə hesabına həm də karbon emissiyalarının azaldılmasına nail olaq“, deyə Energetika nazirinin müavini Samir Vəliyev bildirib.
Zaur