Newscenter.az.2.10.2019. Oktyabrın 3-də əlilliyi olan gənclərin problemləri ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, konfransda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Latviya və Litvanın dövlət qurumlarının nümayəndələri, dövlət və qeyri-dövlət reabilitasiya mərkəzlərinin rəhbərləri, media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.
Konfransın keçirilməsində əsas məqsəd MDB ölkələrində əlilliyi olan gənclərə sosial inteqrasiya və icma həyatında iştirak etmək üçün əlverişli şəraitin yaradılması, əlilliyi olan gənclərlə sosial işin ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi sahəsində konfrans iştirakçılarının fikir mübadiləsi aparmaları, əlilliyi olan insanların təhsil almaq, idmanla məşğul olmaq, mədəni tədbirlərdə və cəmiyyətin əmək fəaliyyətinin bütün sahələrində iştirak etmələri üçün əlverişli şəraitin yaradılmasıdır.
Əlilliyi olan gənclərlə aparılan sosial işdə innovativ texnologiyaların tətbiqi, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın müddəalarının təşviqi, monitorinqi və icrası: MDB və Avropa İttifaqı ölkələrində əlilliyi olan insanların məşğulluğu, peşəkar həyatı və əmək fəaliyyəti konfrans zamanı müzakirə mrkəzində olacaq.
Qeyd edək ki, “Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyalar: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın təşkilatçıları qismində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Dan" Beynəlmiləlçi Gənclər ictimai birliyi və MDB üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu (HƏDF) çıxış edirlər.
Konfrans çərçivəsində plenar iclasın, bölmələr üzrə açıq müzakirələrin, Azərbaycan Respublikasının rəsmiləri ilə görüşlərin, əlilliyi olan insanlar üçün reabilitasiya mərkəzlərinə səfərlərin, mədəniyyət proqramının keçirilməsi nəzərdə tutulub.
Ehtiram