Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu rayonlara qaz fasilə ilə veriləcək



Newscenter.az.2.10.2019
. Oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, bu zaman Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Bundan başqa adı çəkilən idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.

Zaur
Xəbəri paylaş