Newscenter.az.2.10.2019. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 4 512,85 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Newscenter.az ARNDF-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 126,75 mln dollar yaxud 2,7% azdır.
Doqquz aylıq valyuta satışının 618,95 mln. dolları sentyabr ayının payına düşüb.
Bu isə ötən ilin sentyabr ayına nisbətən 1,6 dəfə çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində 4 639,6 mln. dollar, sentyabr ayında isə 394,8 mln. dollar valyuta satışı həyata keçirilib.
Zaur