Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllim və valideynlər qəbul edildi



Newscenter.az.4.10.2019.
Oktyabrın 4-də paytaxtda müəllim və valideynlərin ilk səyyar qəbulu keçirilib.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 168 nömrəli tam orta məktəbdə Pirallahı və Xəzər rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar tədrisin daha səmərəli təşkili, təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

R.Mehdiyeva
Xəbəri paylaş