Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnam Kərimov: "İnnovasiyaların tətbiqi bizim fəaliyyətimizin üç ana prinsipindən biridir"



"Tətbiq etdiyimiz hər bir innovasiya insanların işlərini asanlaşdırır, gəlirlərini artırır, kənd təsərrüfatının daha sürətli inkişafını təmin edir"

Newscenter.az.8.10.2019.
"İnnovasiyaların tətbiqi bizim fəaliyyətimizin üç ana prinsipindən biridir. Bu məqamda son il ərzində “Azərbaycanın kənd təsərrüfatında hansı innovasiyalar tətbiq olunur” suallarına qısaca cavab vermək istərdim. Ötən müddətdə imza atdığımız ən böyük innovasiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, kənd təsərrüfatında dronlardan istifadə, Agilli bağ, müasir əkin metodları, zərərvericilərə qarşı müasir bioloji mübarizənin təşkili, biotexnologiya laboratoriyalarında virussuz toxum və ting yetişdirilməsi, əkin sahələrinin koordinatlarının və sahədə hansı məhsulun əkilməsinin satelitlər vasitəsilə müəyyənləşməsi və s".

Newscenter.az xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri İnam Kərimov səsləndirib. O, qeyd edib ki, bu innovasiyaların hər birinin qarşısında ilk sözü dayanır:

"Azərbaycanda ilk dəfə subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək EKTİS sisteminin tətbiqinə başlanır, ilk dəfə böyük sahələrin dərmanlanması, zərərvericilərin ocaqlarının müəyyənləşməsi üçün dronlardan və sensorlardan istifadə olunacaq, ilk dəfə biotexnologiya laboratoriyalarında virussuz superelit kateqoriyalı katrof toxumu yetişdiriləcək".

Nazir bildirib ki, bu gün ölkəmizdə Çin, yunan və türk texnologiyası əsasında pambıq becərilməsi həyata keçirilir:

"Bu, pambıqçılıq sahəsində məhsuldarlığı artırmağa imkan verəcək ən böyük innovativ təşəbbüslərdən sayılır. Tətbiq etdiyimiz hər bir innovasiya insanların işlərini asanlaşdırır, gəlirlərini artırır, kənd təsərrüfatının daha sürətli inkişafını təmin edir".

Orxan
Xəbəri paylaş