Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Fərat çayını keçdi



Newscenter.az.8.10.2019. Yaxın Şərq regionunda sular yenidən isinməyə başlayır.Yaxın Şərqin açılmaz düyününə çevrilən Suriyada yenidən böyük güclərin aktivliyi müşahidə olunur.Bəhs etdiyim məsələ əslində gözlənilən Türkiyənin Fərat çayının şərqinə müdaxiləsi məsələsidir.

Bir müddətdir ABŞ la müzakirələri gedən məsələ sonunda tərəflər arasında ortaq bir razılaşmanın əldə edilməsiylə leqalıq əldə etdi.Əslində Türkiyə prezidenti Rəcəb Taib Ərdoğan çox öncələri Fərat çayının şərqində edilməsi planlaşdırılan əməliyyatla bağlı "Bir gecə səssizcə gələ bilərik" ifadəsiylə mesaj vermişdi.Türkiyənin Fərat çayının şərqinə müdaxilə edəcəyi hər nə qədər gözlənilsə də özlüyündə bir çox sualı da ortaya qoyur!

1.Fərat çayının şərqi nə üçün bu qədər onəmlidi?

Bildiyiniz kimi Türkiyə istər Suriya istərsə də Iraqın şimalında kürd PYD PKK YPG birləmələrinə qarşı geniş tərkibli hərbi əməliyyatları davam edir.İraqın şimalındakı Pəncə əməliyyatı nəticəsində buradakı Kürd birləşmələri bərpası uzunmüddət çəkəcək zərbələr aldı.Türkiyə hər nə qədər Suriyada da İraqda olduğu kimi oxşar hərbi əməliyyatlar aparsa da İraqdakı kimi effektiv nəticə ala bilmir.Bunun əsas səbəbi isə Kürd birləşmələrinin Suriyada kı əsas qalası elə məhz Fərat çayının şərqində yerləşməsidir.Yəni qısaca belə deyə bilərəm ki kürdlər üçün İraqda Kandil dağı Ərbil nədirsə məhz Suriyada da Fəratın şərqi odur.

Digər bir nüans isə Türkiyənin dağınıq kürd birləşmələrini yerli milis qüvvələri adıyla nizami orduda birləşdirmə təhlükəsidir.Düzdür hər nə qədər tərəflər öncə Suriyada birgə əməliyatlar, təhlükəsiz bölgə kimi razılaşmalar əldə etsələr də Türkiyə ABŞ-ın kürdlərə verdiyi dəstəkdən narahatdır.

Bu baxımdan Türkiyənin Fərat çayının şərqində edəcəyi hərbi müdaxilə məhz Suriyada kürdlər üzərində əsaslı nəticə verə bilər.

2.ABŞ nə üçün Fərat çayının şərqinə müdaxilədə Türkiyəyə razılıq verdi?

Əslində Türkiyənin Fatın şərqinə müdaxilə qərarını eşidəndə olduqca təəccübləndim.Əslində təəccübümə səbəb Türkiyənin bu qərarı deil də ABŞ ın bu müdaxiləyə razılıq verməsidir.Çünki yuxarıda qeyd etdiyim kimi Türkiyənin Fərat çayının şərqinə müdaxiləsi gözlənilən idi.Lakin ABŞ ın bu əməliyyatlara razılıq verməsi faktiki kürdlər baxımından ağır nəticələnə bilər.
Düşünürəm ki ABŞ Fəratın şərqində Türkiyənin başını qatmaq istəyir.Etiraf edək ki Türkiyə uzun zamandır Fəratın şərqinə müdaxilə etmək istəyir.Trampın razılıq verməsi isə istər istəməz şüphə doğurur.Bu baxımdan düşünürəm ki Türkiyəyə bu əməliyyatlarda razılığın verilməsi bir növ regionda başını qatmağa yönəlib.

3 İran və Rusiya Türkiyənin qərarına münasibəti necə olacaq?

Rusiya tərəfi hələki öz sakitliyini qorumaqdadır.Hazırki vəziyyətdə Rusiyanın Türkiyənin bu qərarına elə də ciddi bir reaksiya verəcəyini düşünmürəm.Çünki Rusiya ABŞ ın əksinə maraqları naminə Türkiyəni özündən soyutmaq istəmir.Qısaca desəm RusiyaTürkiyə ilə Suriya arasında bir seçim etməli olsa bu seçimi Türkiyədən yana verəcəyi daha real səslənir.
İran tərəfi isə Rusiya qədər məsələni sakit qarşılamadı.Belə ki İranın xarici işlər naziri Cavad Zərif məsələylə bağlı deyib ki, "Türkiyə öz təhlükəsizliyini Suriyanın suverenliyini pozaraq təmin edə bilməz. Türkiyənin öz təhlükəsizliyini təmin etməsinin tək yolunun Suriya sərhədinə hərbi qüvvələr yerləşdirməklə mümkün olduğunu" qarşı tərəfə bildirdiklərini qeyd edib.

Yaxın Şərqi yaxın günlərdə nə gözləyir?

Düşünürəm ki Türkiyə Fəratın şərqində əməliyyatları uğurla başlayacaq və əsaslı nəticələr əldə edəcək.Lakin düşünürəm ki regionu yeni bir müharibə təhlükəsi gözləyir və bu müharibənin tərəfləri İran və Səudiyyə Ərəbistanı ola bilər.!!!

Turan Rzayev, "Atlas" Araşdırmalar Mərkəzinin üzvü.
Xəbəri paylaş