Newscenter.az.9.10.2019. Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması, vətəndaşlarımızda vətənpərvərlik hisslərinin daha artırılmasına dəstək olmaq Bakı Nəqliyyat Agentliyi və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Əksəriyyətinin gənclərdən ibarət olan kollektivimiz hər zaman bu cür məsələlərə həsasslıqla yanaşmış və milli ruhumuzla bağlı məsələlərin təbliğində daim yaxından iştirak etmişdir.
Newscenter.az-a BNA-dan bildirilib ki, bu müqəddəs dəyərlərə sadiqliyimizi bir daha ifadə edərək Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” mesajının daha geniş auditoryaya çatdırılması, insanların bu çağırış ətrafında birləşməsinə möhtərəm cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” mesajının şəhərimizdəki elektron məlumat tablolarında yayımlanması təşkil edilib.
Anar