Newscenter.az.14.10.2019. Milli Olimpiya Komitələrinin Assosiyasiyasının həyata keçirdiyi Qətər 2019 Birinci Dünya Çimərlik Oyunlarının 3-cü yarış günündə Azərbaycan öz hesabına gümüş və bürünc medal əlavə edib.
MOK-un mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, qadınlar arasında Aquatrilon idman növündə fərdi çıxış edən çıxış edən Kseniia Levkovska 30:03 nəticə ilə gümüş medal qazanmışdır. Bu yarışda ən yaxşı nəticəni ispaniyalı Tous Francisca (29:38) əldə edib. Bürünc medala isə Rumıniyanı təmsil edən Manac Antoanela (30:17) yiyələnib.
Eyni idman növündə kişilər arasında çıxış edən (men’s individual) Rostislav Pevtsov bürünc medalı 26:43 nəticə ilə əldə edib. Həmin yarışda qızıl medalı ispaniyalı Vinuela Kevin(26:22), gümüş medalı isə Macarıstan təmsilcisi Devay Mark (26:29) əldə ediblər.
Ehtiram