Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Sağlam məktəbli" layihəsi çərçivəsində bölgələrdə tədbirlər davam edir



Newscenter.az.17.10.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "Sağlam məktəbli" layihəsi çərçivəsində 16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar Tovuz rayonunda yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təhsil alan şagirdlərlə görüşüblər. AQTA-dan Newscenter.az-a bildirilib ki, görüşdə şagirdlərə qida təhlükəsizliyinin təmin edilməsi və onun əhəmiyyəti, sağlam qidalanma vərdişləri barədə geniş məlumat verilib.

Tədbir çərçivəsində qida məhsullarının etiket məlumatları, bakteriya mənşəli qida zəhərlənmələri, konservləşdirilmiş qidalar, süd və süd məhsulları mövzularında məlumatları özündə əks etdirən maarifləndirici bukletlər paylanılıb.

110 nəfər şagird və müəllim heyətinin iştirak etdiyi tədbirdə intektual oyunlar təşkil olunub, şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı sualları cavablandırılıb.

Orxan
Xəbəri paylaş