Bakıda 14 marşrut xəttinin hərəkət istiqamətindəki dəyişiklik aradan qaldırılıb
Tarix: 19-10-2019, 17:40
Newscenter.az.19.10.2019. “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən keçən 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, artıq avtobuslar əvvəlki hərəkət sxemi üzrə sərnişinlərə xidmət edirlər.