Newscenter.az.19.10.2019. 2019-cu ilin 9 ayı ərzində Azərbaycandan 501,5 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 16.3 faiz artıb.
Nazirlikdən o da bildirilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6.27 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% artıqdır.
Bu ilin 9 ayı ərzində ölkədə 3,3 milyard manatlıq (11% çox) bitkiçilik məhsulları, 2,97 milyard manatlıq (3,1% çox) heyvandarlıq məhsulları istehsal olunub.
Orxan