Newscenter.az.23.10.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti görüş Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib.
Newscenter.az-a AQTA-dan bildirlib ki, tədbirdə şagirdlərə Agentliyin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilib.
Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri Çiçək Süleymanova və Şiralı Zərbalıyev tərəfindən balıq və balıq məhsullarının insan orqanizminə təsiri, bu məhsulların saxlanma qaydaları, həmçinin qablaşdırma materiallarının qida məhsullarına təsiri, məktəblinin sağlam qidalanması barədə ətraflı məlumat verilib.
Görüşdə məktəblilərə qida sahəsində hər hansı neqativ halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin 1003 “Çağrı Mərkəzi”nə müraciət etmələri bildirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Orxan