Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili gənclərlə görüşüb



Newscenter.az.28.10.2019. Millət vəkili Sona Əliyeva Şəmkir Gənclər Mərkəzində rayonun fəal gəncləri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Sona Əliyeva görüşdə gənc nəslin cəmiyyətdə əhəmiyyətli rola sahib olduğunu vurğulayıb, tarixən hər bir xalqın xoşbəxt gələcəyə olan ümidlərinin, ilk növbədə, gənc nəsilə bağlı olduğunu bildirib. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olaraq ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ölkəmizdə də, gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olublar. Onlar hər zaman Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Bu gün dövlət gənclər siyasətinin ölkədə uğurla həyata keçirilməsi nəticəsində gənclərin önündə böyük qapılar, yollar açılıb. Gənclərimiz bu imkanlardan layiqincə yararlanır, həm öz inkişaflarını təmin edir, həm də, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışırlar.

Fərəhli haldır ki, bu günün gəncləri ölkə başçısı, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, çiçəklənməsi naminə hər bir sahədə böyük fəallıq göstərirlər.

Şəmkir Rayon Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov da çıxışında Şəmkirdə gənclərə yaradılan şəritdən danışıb.
Fəal gənclər isə çıxış edərək, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, dövlət, xalq qarşısında öz vəzifə və məsuliyyətlərini yaxşı dərk etdiklərini bildiriblər. Rayonumuzun fəal gəncləri onları maraqlandıran sualları millət vəkili Sona Əliyevaya ünvanlayaraq ətraflı cavab almış, maraqlı müzakirələr aparıblar.

Gənclər tədbir iştirakçılarını əmin ediblər ki, bundan sonra da Heydər Əliyev ideologiyasına sadiq qalacaq, verilən tapşırıq və göstərişləri qürurla yerinə yetirəcəklər.

Xosrov
Xəbəri paylaş