Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YARAT Müasir İncəsənət Məkanının “İnsan: Özünü dərk et” adlı geniş özünüinkişaf proqramı çərçivəsində növbəti seminar və təlimləri BDU-da həyata keçirilib



Newscenter.az.28.10.2019. Bakı Dövlət Uniuversitetində YARAT Müasir İncəsənət Məkanının “İnsan: Özünü dərk et” adlı geniş özünüinkişaf proqramı çərçivəsində amerikalı mütəxəssis Stiven Hikmanın "Şüurlu özünəmərhəmət" mövzusunda 4 gün davam edən giriş mühazirəsi və təlim proqramı keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, seminar-təlimdə psixologiya elmləri doktoru və lisenziyalı klinik psixoloq Stiven Hikman insanda bir çox qabiliyyət və bacarıqlar haqda bilgilərin genişlənməsini təmin etmək məqsədi ilə insanın fiziki sağlamlığına emosiyaların təsiri və emosional sağlamlığı qorumaq üçün praktiki təlimatlara dair məlumatları iştirakçılarla bölüşüb. O, həyatın çətin anlarında özünüzə qarşı səmimi və qarışıq münasibətlərin necə inkişaf etdirilməsi barəsində praktiki biliklər təqdim edib. Həmçinin, diqqətin toplanması, əsas emosiyaların dərki, çətin situasiyalarda daxili harmoniyanı qorumaq, stressi idarə etmək kimi məsələlərdən bəhs olunub, müzakirələrdə iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, bütün dünyada məşhur olan qeyri-kommersiya təşkilatı San Dieqo “Şüurlu özünəmərhəmət Mərkəzi”nin (Center for Mindful Self-Compassion) qurucusu və icraçı direktoru olan Stiven Hikman məlumatlılığa əsaslanan koqnitiv terapiya sahəsində peşəkar və sertifikatlı müəllim hazırlığı üzrə 15 il təlimçilik təcrübəsinə malikdir. O, hazırda şüurlu özünəmərhəmət mövzusunda müxtəlif ölkələrdə təlim və seminarlar keçirir, məlumatlılığa əsaslanan stress azaltma mövzularına dair klinik tədqiqatlarda iştirak edir

R.Mehdiyeva
Xəbəri paylaş